ABŞ və Vyetnam sellə mübarizə aparır

ABŞ-ın Luiziana ştatında həddindən artıq yağan yağışların yol açdığı seldə üç nəfər həyatını itirib.

552217
ABŞ  və Vyetnam sellə mübarizə aparır

ABŞ-ın Luiziana ştatında həddindən artıq yağan yağışların yol açdığı seldə üç nəfər həyatını itirib, bir nəfər itkin düşüb.

Səlahiyyətlilər ştatdakıi yağışların minlərlə evin ziyan görməsinə, çox sayda avtomobilin sel suları altında qalmasına səbəb olduğunu, çayların daşması nəticəsində bəzi bölgələrdə su səviyyəsinin 60 santimetrə çatdığını bildiriblər.

Rəsmilər 20 min nəfərin təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.

Louisiana valisi John Bel Edwards ştatda fövqəladə vəziyyət elan edib.

Federal Təcili Yardım İdarə heyətindən (FENA) kömək istəyən Edwards təhlükənin hələ keçmədiyini bildirərək, bәzi regionlarda  su sәviyyәsinin yüksәlә bilәcәyi ilә bağlı  xәbәrdarlıq edib.

Vyetnamda isə şimalda başlayan şiddətli yağışların yaratdığı sel və torpaq sürüşməsi nəticəsində  ən azı 7 nəfər həyatını itirib.

Verilən açıqlamaya görə, axtarış xilasetmə qrupları işlərini davam etdirir.

Ölkədə 10 gün əvvəl baş verən Nida qasırğasının yol açdığı sel və torpaq sürüşmələrində də dörd nəfər həyatını itirmişdi.

 



Әlaqәli Xәbәrlәr