ABŞ-da tәbii fәlakәt nәticәsindә üç nәfәr hәyatını itirib, bir nәfәr dә itkin düşüb

Amerika Birləşmiş Ştatlarının Luiziyana  ştatında  yağan leysan yağışların sәbәb olduğu  sel  nәticәsindә  üç nәfәr hәyatını itirib,  bir nәfәr dә itkin düşüb.

552186
ABŞ-da tәbii fәlakәt nәticәsindә üç nәfәr hәyatını itirib, bir nәfәr dә itkin düşüb

Amerika Birləşmiş Ştatlarının Luiziyana  ştatında  yağan leysan yağışların sәbәb olduğu sel fәlakәt  nәticәsindә  üç nәfәr hәyatını itirib,  bir nәfәr dә itkin düşüb.

Rәsmilәrin mәlumatına görә, sel fәlakәti nәticәsindә çox sayda ev su altında qalıb.

Rәsmilәr hәmçinin  çayların daşması nәticәsindә  bәzi bölgәlәrdә  su sәviyyәsinin 60 santimetrә  çatdığını  bildirib.

Mәlumata görә, 20 min insan sel sәbәbindәn müvәqqәti sığınacaqlara  yerlәşdirilib.

 Luiziyana ştatının Qubernatoru Con Bel Edvards  ştatda fövqәladә vәziyyәt elan edib.

 Con Bel Edvards   bәzi regionlarda  su sәviyyәsinin yüksәlә bilәcәyi ilә bağlı  xәbәrdarlıq edib.



Әlaqәli Xәbәrlәr