Fransa məhkəməsi "Twitter"dəki statusa görə 5 ay həbs cəzası kəsdi

Sosial mediada Fransa prezidenti François Hollande və baş naziri Manuel Vallsı ölümlə hədələyən status yazan şəxsə 5 ay həbs cəzası verildi.

551483
Fransa məhkəməsi "Twitter"dəki statusa görə 5 ay həbs cəzası kəsdi

 
 Bethune məhkəməsində qaldırılan iddiada Gregory Pasqueille adlı 32 yaşındakı şəxsin 6 iyul tarixində "Twitter"də "Hollande və Vallsı öldürmək" statusunu yazaraq xalqı silaha sarılmağa dəvət etdiyi, bunun prezident Hollande və baş nazir Vallsa qarşı təhdid olduğu bildirildi.
 
 Prokuror Pasqueille barəsində 5 ay həbs cəzası tələb etdi.
 
İyulun 7-də nəzarətə alınan Pasqueillenin bölüşdüyü statusun ona aid olduğunu qəbul etdiyi, amma DNT testindən keçirilməyi rədd etdiyi bildirildi. Pasqueille polisə müqavimət göstərməklə də ittiham olunaraq, 1 ay da buna görə cəza tələb olundu.
 
 Özünü sistem əleyhinə və müstəqil anarxist olaraq xarakterizə edən Pasqueille  statusu paylaşdıqdan sonra Paris Invalides Meydanına getdiyini və burada polislər tərəfindən yaxalandığını bildirərək, adı cinayətlərə qarışan şəxslərin DNT məlumatlarının alındığını və özünün də bu məlumatları verməyi rədd etdiyini dedi.
 
 Pasqueillein vəkili müvəkkilinin ruhi sağlamlığı ilə əlaqədar şübhələri olduğunu, "yaxşı və pisi dərk etməkdə tərəddüdlər keçirdiyini" bildirərək,verbal zorakılığın fiziki zorakılıqla eyni şəkildə cəzalandırıla bilinməyəcəyini dedi.
 
 Məhkəmə Pasqueillei prezident və baş nazir  ölümlə hədələdiyinə görə 5 ay, DNT testi vermənək üçün müqavimət göstərdiyinə görə də 1 ay həbs cəzasına məhkum etdi.
 
 Qeyd edək ki, iyun ayında da Fransa  prezidentinə  məktubunda "Mənə cavab yazmasanız, sizi öldürərəm" yazan  81 yaşlı təqaüdçü diş həkimi, 1 ay həbs cəzasına məhkum edilmişdi. İllərdir Hollandea məktub yazaraq şikayətini bildirdiyini ifadə edən yaşlı adam sonda  belə bir cümlə qurmaqdan başqa çarəsinin qalmadığını demişdi



Әlaqәli Xәbәrlәr