İmzatoplama kampaniyasında Gülənin qaytarılmasını tələb edənlərin sayı 100 mini ötdü

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) rəhbəri Fətullah Gülənin Türkiyəyə qaytarılması məqsədiylə Ağ Evin rəsmi internet saytında başladılan kampaniyada imza sayı 100 mini keçib.

550361
İmzatoplama kampaniyasında Gülənin qaytarılmasını tələb edənlərin sayı 100 mini ötdü
abd 100 bin imza.jpg
abd 100 bin imza.jpg

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) rəhbəri Fətullah Gülənin Türkiyəyə qaytarılması məqsədiylə Ağ Evin rəsmi internet saytında başladılan kampaniyada imza sayı 100 mini keçib.

İmzatoplama kampaniyasını həyata keçirən ABŞ-dakı Türk cəmiyyəti nümayəndələri bununla bağlı New Yorkda mətbuat konfransı təşkil edib. “Türkiyə” adlı qrupun adından çıxış edən Cahit Oktay deyib ki, başladılan iş uğurla yekunlaşıb. Əlavə edib ki, Ağ Evin qoyduğu 100 min imza limitini hələ üçüncü həftədə artıqlamasıyla keçmək qürurvericidir.

Türk sahibkar və fəal İbrahim Kurtuluş isə ingilis dilində çıxış edərək Gülənin dərhal, heç bir sual olmadan Türkiyəyə ekstradisiyasının vacibliyini vurğulayıb. Türkiyənin ABŞ-ın əhəmiyyətli bir strateji müttəfiqi olduğuna diqqəti çəkən Kurtuluş əlavə edib ki, ABŞ prezidentliyi uğrunda aparılan seçki kampaniyasında Gülənin qanlı pulu ilə maliyyələşən siyasətçilər aldıqlarını da geri qaytarmalıdır.

Türkiyə xalqının ədalət istədiyini dilə gətirən İbrahim Kurtuluş prezident Barak Obamanı NATO müttəfiqi Türkiyənin yanında olmağa çağırıb.

“Obama vəziyyətin nə qədər ciddi olduğunu anlamalıdır”-deyən türk sahibkar deyib ki, Türk-Amerikan cəmiyyəti üzvləri yerli siyasətçilərlə görüşərək mövcud vəziyyəti izah etməlidir.

11 Sentyabr haisəsindən sonra xüsusilə New Yorqda ictimai yerlərdə asılan və “Hər hansı şübhəli bir şey görürsünüzsə, söyləyin” yazılan lövhələri xatırladan iş adamı “Pensilvaniyada bir terrorist oturur, tədbir görün” deyib.



Әlaqәli Xәbәrlәr