Almaniyada partlamamış bomba tapıldı

Almaniyanın Köln şəhərindəki məktəb bağçasında İkinci Dünya Müharibəsindən qalmış 250 kiloqram çəkisi olan partlamamış bomba tapılıb.

550830
Almaniyada partlamamış bomba tapıldı

Almaniyanın Köln şəhərindəki məktəb bağçasında İkinci Dünya Müharibəsindən qalmış 250 kiloqram çəkisi olan partlamamış bomba tapılıb.

Türklərin də sıx olaraq yaşadığı Köln şəhərinin Mülheim bölgəsindəki məktəb bağçasında tikinti zamanı tapılan bombanın zərərsizləşdirilməsi üçün işlər başladılıb.

Köln Bələdiyyəsi mətbuat xidməti rəhbərinin verdiyi açıqlamada Amerika istehsalı olan bombanın yerin təxminən dörd metr dərinliyində olduğu bildirilib.

 O eyni zamanda qeyd edib ki, bombanın zərərsizləşdirməsi zamanı təhlükəsizlik tədbirləri olaraq təxminən 600 adam evlərindən evakuasiya edilmişdir.

Qeyd edək ki, Almaniyada İkinci Dünya müharibəsindən qalmış çoxsayda partlamamış bomba var ki onlardan bir çoxu da yaşayış məntəqələrinə yaxın ərazilərdə yerləşir.

Bu bombalar nəzarət edilərək zərərsizləşdirilir.



Әlaqәli Xәbәrlәr