Dünya Sosial Forumu yenidən toplanır

Dünya Sosial Forumu bu il ilk toplantısını G-7 ölkələrindən biri olan Kanadada keçirir.

550128
Dünya Sosial Forumu yenidən toplanır

Kanadanın Montreal şəhərində başlayan Dünya Sosial Forumunun devizi  "Daha ədalətli bir dünya" oldu.

Qloballaşma əleyhinə olanların şəhər mərkəzindəki musiqili və rəqslərdən ibarət etiraz yürüşündə təxminən 5 mindən çox insan iştirak etdi.

Bazar gününə qədər davam edəcək foruma mindən çox qurum və təşkilat qatılırr.

1200 tədbirdə yoxsulluq, ətraf mühiti qorumaq, iqlim dəyişiklikləri, vergi qaçaqçılığı və miqrant siyasətləri kimi mövzular müzakirə ediləcəkdir.

Davosda təşkil olunan Dünya İqtisadi Forumuna qarşılıq olaraq yaradılan Dünya Sosial Forumu ilk dəfə 2001-ci ildə Braziliyanın Porto Alegre şəhərində təşkil olundu.

“İstəsək başqa bir dünya yarada bilərik” şüarı ilə çıxış edən və  torpaq sahibi olmayanların, yoxsulların, həmkarlar ittifaqının səsi olmağa çalışan Dünya Sosial Forumu indiyədək Porto Alegre ilə yanaşı Mali, Hindistan, Pakistan və Tunisdə keçirilib.



Әlaqәli Xәbәrlәr