Ağ Evin önundə “Çevirilişə qarşı demokratiya mitinqi” olub

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton və ətrafında yaşayan Türkiyə vətəndaşları Ağ Evin qarşısında FETÖ-nün çeviriliş cəhdinə etiraz olaraq “Çevirilişə qarşı demokratiya mitinqi” keçirib.

547134

ABŞ-da fəaliyyət göstərən təxminən 150 Türk Dərnəyinin iştirakı və Türk-Amerikan Yönləndirmə Komitəsinin (TASC) təşkilatçılığı ilə baş tutan mitinqə yüzlərlə inasan quşulub.

Mitinqdə Ədalət və İnkişaf Partiyası, Cumhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərakat Partiyasının ABŞ-dakı nümayəndələri çıxış edərək 15 iyul gecəsi Türkiyə xalqının demokratiya, müstəqillik, azad iradəsi, parlament və dövlət başçısına qarşı həyata keçirilən qanlı çeviriliş cəhdini canı bahasına yatırtdığını vurğulayıblar.

Türk-Amerikan Yönləndirmə Komitəsinin kordinatoru Mustafa Tuncer Amerikalı Türklər və Türkiyə dostları olaraq ABŞ rəhbərliyindən Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin dərhal Türkiyəyə ekstradisiyasını istədiklərini bildirib.

Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç da mitinqə gələrək bütün iştirakçılara təşəkkürünü bildirib.

Әlaqәli Xәbәrlәr