Misirdə ilin son rübündə 104 jurnalist nəzarətə alınıb, 4 jurnalist isə edama məhkum edilib

Misir Haqq və Azadlıqlar Koordinatorluğunun hazırladığı hesabata görə aprel ayında 84 jurnalist saxlanılıb.

545354
Misirdə ilin son rübündə 104 jurnalist nəzarətə alınıb, 4 jurnalist isə edama məhkum edilib

Misir Haqq və Azadlıqlar Koordinatorluğunun hazırladığı hesabata görə aprel ayında 84 jurnalist saxlanılıb. Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə dair müqaviləyə etiraz nümayişlərində aprelin 15-də 13, 25-də isə 46 media işçisi tutulub.

Hesabatda bildirilir ki, Qahirə Cinayət Məhkəməsinin 18 İyun “Qətər üçün casusluq” iddiası ilə həbs olunan və aralarında “Əl-Cəzirə Ərəbcə”nin sabiq rəhbəri İbrahim Məhəmməd Hilalın da olduğu 4 jurnalistə edam cəzası verilib.

Misirin Xarici İşlər Nazirliyi daha əvvəlki açıqlamalarınada isə aralarında xarici jurnalistlərin də olduğu minlərlə media işçisinin tam azad şəkildə, hüquqi çərçivədə fəaliyyət göstərdiklərini, qanunlara hörmətlə yanaşdıqları üçün heç bir müxbirin nəzarətə alınmadığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr