Ensar Beyt әl-Makdis qruplaşmasının 46 üzvü zәrәrsizlәşdirilib

Misir ordusu Sina Yarımadasında yerlәşәn   Әl-Ariş şəhərində terror təşkilatı DEAŞ-a  bağlı  Ensar Beyt әl-Makdis təşkilatının lideri Əbu Dua әl-Ensari və müavinlərinin da aralarında olduğu 46 terrorçunu  zәrәrsizlәşdirib.

545918

Bu barәdә  Misir ordusunun  sözçüsü General-mayor Məhəmməd Sәmir şәxsi ‘‘Facebook’’ sәhifәsindәn verdiyi açıqlamada bildirib.

Onun sözlәrinә görә, hәyata keçirilәn әmәliyyat  nәticәsindә hәmçinin terrorçulara aid çox sayda silah-sursat mәhv edilib.

Misir ordusu və Polis İdarәsi  2013-cü ilin sentyabr ayından bu yana  başda Sina olmaqla  çox sayda rayonlara  hücum tәşkil edәn terrorçulara qarşı  әmәliyyat hәyata keçirir.

Әlaqәli Xәbәrlәr