Barak Obamanın Rusiya ilә bağlı açıqlamaları
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Suriyada zorakılığın sona çatdırılması məsələsində Rusiya ilə əməkdaşlıqdan ehtiyat etdiklәrini deyib.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Suriyada zorakılığın sona çatdırılması məsələsində Rusiya ilə əməkdaşlıqdan ehtiyat etdiklәrini deyib.
Barak Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ile terror tәşkilatı DEAŞ ilə mübarizəni müzakirә etmәk üçün Pentaqonda bir araya gəlib.
İclasda ABŞ Müdafiə Naziri Eşton Karter, Baş Qərargah Rəisi General Cozef Dunford, Daxili Təhlükəsizlik naziri Jeh Conson və Milli Təhlükəsizlik Şurasının müşaviri Susan Race vә çox sayda sәlahiyyәtli iştirak edib.
İclasdan sonra Barak Obama: ‘‘ABŞ Suriyada zorakılığı azaltmaq vә DEAŞ ilә Әl Qaidәyә qarşı sәylәri güclәndirmәk üçün Rusiya ilә әmәkdaşlıq etmәyә hazırdır. Ancaq Rusiyanın bu istiqamәtdә adtığı addımlar uğursuzdur. Rusiya bu mәsәlәlәrdә ciddi olduğunu sübut etmәlidir’’ deyә bildirib.
Liviyada hökumәtin istәyi әsasında ilk dәfә DEAŞ-ın mövqelәrinә hava hücumu tәşkil etdiklәrini xatırladan Barak Obama tәşkilata qarşı mübarizә aparan qüvvәlәrә dәstәk vermәyә davam edәcәklәrini bildirib.
ABŞ prezidenti Barak Obama DEAŞ-a qarşı hәr sahәdә mübarizәni davam etdirәcәklәrini dә qeyd edib.