Türkiyənin rəsmi nümayəndə heyəti çevirilişə cəhddən sonra ABŞ-a ilk səfərini reallaşdırıb

Fəthullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) çeviriliş təşəbbüsündən sonra Türkiyədən Amerika Birləşmiş Ştatlarına ilk səfər reallaşıb.

542904
Türkiyənin rəsmi nümayəndə heyəti çevirilişə cəhddən sonra ABŞ-a ilk səfərini reallaşdırıb
tbmm komisyon abd1.jpg
tbmm komisyon abd1.jpg

Fəthullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) çeviriliş təşəbbüsündən sonra Türkiyədən Amerika Birləşmiş Ştatlarına ilk səfər reallaşıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyası üzvlərindən ibarət bir qrup nümayəndə heyəti məlum hadisədən sonra ortaya çıxan məsələlərə dair müzakirələrin aparılması məqsədiylə paytaxt Vaşinqtondadır.

TBMM Xarici İşlər Komissiyasının sədri və AK Partiyanın Malatya üzrə millət vəkili Taha Özhan, Kahramanmaraş üzrə millət vəkili Mahir Ünal, CHP-nin İstanbul üzrə millət vəkili Oğuz Kaan Salıcı, MHP-nin Ərzurum üzrə millət vəkili Kamil Aydının yer aldığı nümayəndə heyətinin ABŞ rəsmiləri, bir sıra ictimai təşkilatlar və xarici media ilə görüşü gözlənilir.

Heyət ilk olaraq Türkiyənin Vaşinqton səfirliyində təşkil edilən toplantıda iştirak edib. Daha sonra ABŞ-ın Ədliyyə nazirinin müavini Brus Şvartsla görüşüb. Digər tərəfdən xarici mətbuata müsahibələr verilir.

Həyata keçirilən diplomatik görüşlərdə çevirilişə cəhd və ondan sonra baş verənlər haqqında məlumat verilir, FETÖ/PDY rəhbəri Fəthullah Gülənin Türkiyə məhkəməsinə təslim edilməsinin zəruriliyi vurğulanır.

Nümayəndə heyətinin ABŞ-ın Xarici İşlər nazirinin müavini Victoria Nuland, Atlantik Konsıl, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) səlahiyyətliləriylə də görüşəcəyi gözlənilir.

Türkiyə nümayəndə heyətinin ABŞ-dakı görüşləri avqustun 8-dək Vaşinqton və New Yorkda davam edəcək.



Әlaqәli Xәbәrlәr