ABŞ DEAŞ-ın Liviyadakı mövqelәrinә avia zәrbәlәr endirib

ABŞ  terror tәşkilatı DEAŞ-ın Liviyanın Sirt şəhərindəki mövqelərinə hava zәbələri endirib.

542858
ABŞ  DEAŞ-ın Liviyadakı mövqelәrinә avia zәrbәlәr endirib

ABŞ  terror tәşkilatı DEAŞ-ın Liviyanın Sirt şəhərindəki mövqelərinə hava zәbələri endirib.

Bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.  Biter Kuk  hava  zərbələrinin   Liviyanın Milli Birlik hökumətinin xahişi  və  DEAŞ ilә  mübarizә aparan  yerli qüvvәlәrә dәstәk vermәk  mәqsәdilә  endirildiyini bildirib.

Piter Kuk: ‘‘Sirtdә DEAŞ-a qarşı  hücumlararımız  bundan sonra da davam edәcәk’’ deyә bildirib.

 Milli Birlik Hökumәtinin Prezident Şurasının sәdri Fayez Mustafa Al-Sarraj da Amerikaya mәxsus tәyyarәlәrin terror tәşkilatı DEAŞ- ın  Sirtdәki mövqelәrini vurduğunu ancaq ABŞ quru qoşunlarının  әmәliyyatlara qatılmayacağını bildirib.

 Fayez Mustafa Al-Sarraj  hәmçinin  hücum nәticәsindә terror tәşkilatı  DEAŞ-ın çox itki verdiyini  deyib.

 Birlәşmiş Millәtlәt Tәşkilatı da vәziyyәti  yaxından izlәdiyini bildirib.

Qeyd edәk ki, Liviyada Milli Birlik Hökumәtinә bağlı qüvvәlәr  2 aydan çoxdur ki,  ölkәnin  şimalında terror tәşkilatı  DEAŞ ilә mübarizә aparır.

 2015-ci ilin yanvar ayından etibarәn DEAŞ-ın  nәzarәtindә olan Sirte  hökumәtә bağlı  qüvvәlәr tәrәfindәn  iyunun 13-dә geri alınmışdı.



Әlaqәli Xәbәrlәr