İslam və terroru bir tutanlar böyük səhv edir: Papa Fransisk

Polşaya səfər edən Papa Fransisk çıxışında ötən həftə Fransada bir kilsəyə hücum edən silahlı şəxslərin rahib Jasques Hameli öldürməsindən dərin kədərini ifadə edib.

542297
İslam və terroru bir tutanlar böyük səhv edir: Papa Fransisk

Katolik Kilsəsinin 2 ildən bir təşkil etdiyi “Dünya Gənclik Günü” ilə əlaqədar 27-31 iyul tarixlərində Polşaya səfər edən Papa Fransisk çıxışında ötən həftə Fransada bir kilsəyə hücum edən silahlı şəxslərin rahib Jasques Hameli öldürməsindən dərin kədərini ifadə edib. Roma Papası vurğulayıb ki, buna görə İslam dinini səbəb görmək yalnışdır və İslam ilə terroru bir tutmaq böyük səhvdir.

Dünyanın müharibə şəraitində olduğunu, lakin bunun dinlərarası bir döyüş kimi qiymətləndirmədiyini xatırladılan Papa deyib: “İslami şiddətdən bəhs edilməsi xoşuma gəlmir. Çünki hər gün qəzet səhifələrində müxtəlif hadisəsələri oxuyuram, İtaliyada biri nişanlısını və ya qaynanasını öldürür. Bu şəxslər katoliklərdir. Belə olan halda İslami şiddətdən bəhs edəcəysək, Katolik şiddətindən də danışaqmı? İslam dininə iman gətirənlərin hamısı zorakı deyil. Zorakı şəxsin dini olmur. Bu bir həqiqətdir. Bütün dinlərdə hər zaman kiçik bir təməl qrup olub. Bizdə də var.”

İslamın terror dini olması iddiasını irəli sürənlərin doğru olmadığını ifadə edən Papa vurğulayıb ki, İslam müəyyən qruplaplar tərəfindən gözdən salınmağa çalışılır. Məsələn DAEŞ. Lakin bu kiçik bir qrupdur. Bir qrupa görə bütövlüklə İslamı terror dini kimi göstərməksə doğru deyil.



Әlaqәli Xәbәrlәr