DAEŞ Rusiya prezidenti Vladimir Putini hədələyib

Terror təşkilatı DAEŞ-in Rusiyanın “Russia Today” televiziyasının internet saytında videosu yayımlanıb.

542184
DAEŞ Rusiya prezidenti Vladimir Putini hədələyib

Terror təşkilatı DAEŞ-in Rusiyanın “Russia Today” televiziyasının internet saytında videosu yayımlanıb. Videoda Rusiya prezidenti Vladimir Putini təhdid edilir.

Çöl şəraitində təlim keçən terroristlərin fonunda maskalı bir DAEŞ-çi Putinə hədə-qorxu gəlib. 9 dəqiqəlik videogörüntüdə terorrist məsləkdaşlarını Rusiyaya hücuma çağırır.

Xatırladaq ki, Moskva rəhbərliyi ötən həftə Suriya və İraqda fəaliyyət göstərən DAEŞ-in dünyanın digər bölgələrində yeni terror hücumları törədəcəyinə dair xəbərdarlıq etmişdi.

Bəşər Əsəd hakimiyyətinin davamına tərəfdar olan Moskva Suriyada rejim qüvvələri ilə birlikdə sentyabr ayından etibarən havadan hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr