Aralıq dənizində 6500 miqrant təhlükə ilə üzləşib

İtaliyanın sahil təhlükəsizlik qrupları Aralıq dənizində son 5 gündə 6500 qaçqını xilas edib.

542326
Aralıq dənizində 6500 miqrant təhlükə ilə üzləşib

İtaliyanın sahil təhlükəsizlik qrupları Aralıq dənizində son 5 gündə 6500 qaçqını xilas edib.

Balkan və Əgə marşrutunun bağlanması nəticəsində miqrantlar yenidən Liviya-İtaliya marşrutuna istiqamət alıb. İtaliya gəmiləri həftə sonunda Liviyadan yola çıxan qayıqlarda 1100 ümid yolçusunun köməyinə çatıb.

Ölkəyə yerləşənlərin sayı isə 90 mini ötüb. Hazırda isə Liviyada Avropaya keçmək üçün növbə gözləyən köçkünlərin sayı təxminən 1 milyondur.

2016-cı ilin ilk rübündə yarım milyondan çox qaçqın Avropaya gəlib. Aralıq dənizində itkin düşənlərin sayı isə 3 mindir. İyul ayında Liviya sahillərində 120-dən çox qaçqının cəsədi tapılıb.

İtaliya hökuməti Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə miqrantların Avropaya axınının qarşısının alınması məqsədiylə kampaniyaya başlayıb. Kampaniya çərçivəsində onların diqqətinə yolda və daha sonra gözlənilən təhlükələr çatdırılır.

Maarifləndirici videolar internetlə yanaşı, Afrika ölkələrinin televiziyalarında da yayımlanır.



Әlaqәli Xәbәrlәr