Migel Arias Canete: ''Türkiyә vә Avropa İttifaqı arasındakı enerji әmәkdaşlığı davam edir''
Anadolu Agentliyinә müsahibә verәn Canete Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi çevriliş cәhdindәn sonra Türkiyə-Aİ arasındakı enerji əlaqələrini qiymәtlәndirib.
Avropa İttifaqının enerji və iqlim dəyişikliyi məsələləri üzrə komissarı Migel Arias Canete Türkiyə və Aİ arasındakı enerji əməkdaşlığının davam etdiyini qeyd edәrәk xüsusilə Cənub Qaz Dəhlizinin hər iki tərəf üçün böyük əhəmiyyət kәsp etdiyini söyləyib.
Anadolu Agentliyinә müsahibә verәn Canete Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin (FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi çevriliş cәhdindәn sonra Türkiyə-Aİ arasındakı enerji əlaqələrini qiymәtlәndirib.
Türkiyә ilә Avropa İttifaqının әhәmiyyәtli birgә layihәlәri olduğuna işarә edәn Migel Arias Canete: ‘‘İyunun 29-da Çindә keçirilәn G20 Enerji Nazirlәri Sammitindә hәyata keçirdiyimiz toplantıda Türkiyәnin Enerji vә Tәbii Sәrvәtlәr naziri Berat Albayrak Türkiyәnin Cәnub Qaz Dәhlizi layihәsinә böyük әhәmiyyәt verdiyini vә başa çatdırılması mәsәlәsindәki qәtiyyәtini tәkrarlayıb. Biz dә bu sәbәbdәn mәmnunuq. Türkiyә vә Avropa İttifaqı arasında enerji әmәkdaşlığı davam edir’’ deyә bildirib.
Әlaqәli Xәbәrlәr
İsrail ordusu Livana ağır zərbələr endirib
İsrail ordusu Livanın cənubuna intensiv hava hücumu həyata keçirib.