Fransada müsəlmanlar və xristianlar birgə etiraz aksiyası həyata keçirdilər

Fransanın Lion şəhərində yaşayan müsəlmanlar və xristianlar son günlər ölkədə törədilən terror hücumlarını qınamaq məqsədilə birgə etiraz aksiyası həyata keçirdilər.

541378

Şəhər mərkəzində təşkil olunan etiraz yürüşü zamanı şüarlar səsləndirilmədi.
 
Öndə gedən aksiya iştirakçıları üzərində  "Qardaşlıqla  Qalib Qələcəyik" yazılı bir plakat daşıdılar.
 
 Səssiz yürüşdən sonra iştirakçılar sakit şəkildə ayrıldılar.
 
 Fransız mətbuatı birgə etiraz aksiyasına geniş yer verdi.
 
 Fransa İslam Şurası (CFCM) bir gün əvvəl verdiyi açıqlamasında ölkədəki müsəlmanları Saint-Etienne-du-Rouvray şəhərində öldürülən keşişi yad etmək üçün bu bazar günü kilsələrdə keçiriləcək ayinlərdə "həmrəylik" məqsədilə iştirak etmələyə çağırmışdı.

Әlaqәli Xәbәrlәr