Fransa XİN başçısı John Kerry və Mahmud Abbasla görüşdü

Fransanın Xarici İşlər Naziri Jean-Marc Ayrault  Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry və Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşdü.

541241
Fransa XİN başçısı  John Kerry və Mahmud Abbasla görüşdü

 Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada  Ayrault-Kerry görüşündə nazirlərin  iyunun 3-də Parisdə keçirilən Orta Şərq Sülh Konfransında əldə olunan razılıqdan sonra görülən işlərin müzkirə olunduğu bildirilir.
 
 Suriya mövzusunun da gündəmə gəldiyi görüşdən əvvəl Kerry Rusiya və NATO məsələlərinin də masaya qoyulacağını bildirmişdi.
 
 Ayraultun Abbasla görüşündə isə Yaxın Şərqdə sülhün təmin olunması istiqamətində iki ölkə arasında keçiriləcək əməkdaşlıq mövzusunun müzakirə olunduğu bildirilir.



Әlaqәli Xәbәrlәr