Alman millət vəkili müsəlman oldu

Almaniyada vaxtilə həddindən artıq sağçı olan, Milli Demokratik Partiyanın (NPD) millət vəkili Verner Klauvun (Werner Klawun) 75 yaşında müsəlmanlığı qəbul edib

541015
Alman millət vəkili müsəlman oldu

  Əvvəllər köç və qaçqın əleyhdarı kimi tanınan Klauvun son zamanlar Suriya, İraq və Əfqanıstandan gələn qaçqınların ən böyük dəstəkçisi olub.

  Almaniyanın “Bild” qəzetinə müsahibə verən, adını İbrahim olaraq dəyişdirən Klauvun böyük alman şairi İohan Volfqanq Hötenin “Şərq Divanı”, İslam və Məhəmməd peyğəmbər haqqında şeirlərini oxuduqdan sonra İslamı yaxından tanımaq istəyib, Qurani-Kərimi alman tərcüməsində oxuyub və müsəlman olmaq qərarına gəlib.

  İslamı qəbul etməsiylə düşüncəsinin tamamilə dəyişdiyini Klauvun bu sözlərlə ifadə edib: "İslam və müsəlman əleyhdarı kimi həddindən artıq sağçı bir partiya üzvü olaraq keçmişlə əlaqəni kəsmək kafi deyil, bu izləri silmək üçün daha böyük işlər görmək istədim. Birinci işim qaçqınlara kömək etməklə başladı".

  2014-cü ildə həyat yoldaşı və uşaqları onu tərk etdikdən sonra 18-30 yaş arası, ikisi suriyalı olmaqla 4 qaçqını evində saxlayan Verner Klauvun onları özünə bir ailə bildiyini, qarşılıqlı bir-birlərinə kömək etdiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr