ABŞ Fətullah Gülənin qovluqlarını araşdırır

ABŞ Dövləti Katibliyinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında Gülənin qaytarılmasıyla bağlı həyata keçirilən əməliyyatlar barədə məlumat verib

540850
ABŞ Fətullah Gülənin qovluqlarını araşdırır

  Amerika Dövlət Katibliyi və Ədliyyə Nazirliyi Fətullahci Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülən haqqında sənədləri araşdırır.

  ABŞ Dövləti Katibliyinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında Gülənin qaytarılmasıyla bağlı həyata keçirilən əməliyyatlar barədə məlumat verib və bu məsələnin Ədliyyə Nazirliyi tərəfindən araşdırıldığını söyləyib, "Bütün proseslər hüquqi çərçivəsində gedir və biz də veriləcək qərarı hörmətlə qəbul edəcəyik", - deyib.

  Con Kirbiyə Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ və Xarici İşlər naziri Mevlüt Çavuşoğlu “İş uzanarsa, FETÖ dəstə başçısı başqa bir ölkəyə qaça bilər” xəbərdarlığına qarşı isə Kirbi: "Ədliyyə Nazirliyi bu işlə maraqlanır, mən bu mövzuda danışa bilmərəm", - cavabını verib.

  ABŞ Ədliyyə Nazirliyi spikerlərindən olan Peter Karr da Anadolu Agentliyinin bu barədə suallarını cavabsız buraxıb, sadəcə "Türkiyə Ədliyyə Nazirliyi Gülən haqqında qovluqları bizə verib və biz bu sənədləri analiz etməyə başlamışıq", - deyib.

  Ağ Ev sözçüsü Erik Şultz da Türkiyə hökuməti tərəfindən edilən tələbin uyğun kanallar tərəfindən araşdırıldığı bildirib.



Әlaqәli Xәbәrlәr