Cozef Votel geri addım atıb

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın çevrilişə cəhd edənlərə dəstək verdiyinә görә  tənqid etdiyi Amerika Birləşmiş Ştatlarının  Mәrkәzi  Komandanlığının  (CENTCOM) Komandanı Cozef  Votel  geri addım atıb.

540703
Cozef  Votel  geri addım atıb

Türkiyənin uzun illərdir çox mühüm  tərəfdaş olduğunu ifadə edən Votel   terror təşkilatı DEAŞ-a qarşı  mübarizədə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini bildirib.

Votel  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin (FETÖ/PDY) Türkiyәdәki  çevriliş cәhdi ilә  әlaqәsi olduğuna dair  iddiaların hәqiqәti әks etdirmәdiyini  deyib..

 Votelin iyulun 15-dә hәyata keçirilәn xəyanətkar  çevriliş cәhdindә iştirak etdiyi  üçün saxlanılanlar ilә bağlı  " әlaqәmiz olan generallar’’ şəklindəki açıqlamasına  dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğan başda olmaqla siyasәtçilәrdәn  sərt  reaksiya göstәrilmişdi.

 Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının   Baş Qərargah rəisi General Cozef  Dunford iyulun 31-dә   Türkiyəyə gəlir.

 General Dunford, Ankarada  keçirәcәyi görüşlәrdәn sonra Adanada yerlәşәn ‘‘İncirlik’’ bazasındakı  amerikalı әsgәrlәrә dә baş çәkәcәk.

 Baş Qәrarqah rәisi General Hulusi Akar ötәn hәftә Cozef Dunford ilә telefon әlaqәsi saxlamışdı vә  FETÖ-nun başçısı Fәtullah Gülәnin ekstradisiya edilmәsi mәsәlәsindә  dәstәk istәmişdi.



Әlaqәli Xәbәrlәr