Almaniyada türklər iyulun 31-də çeviriliş cəhdinə qarşı toplanacaq

Çevirilişə Cəhdə Qarşı Demokratiya Platformasının reallaşdıracağı etiraz nümayişinə təxminən 100 təşkilat dəstək verib.

540267
Almaniyada türklər iyulun 31-də çeviriliş cəhdinə qarşı toplanacaq

Avropada yaşayan türklər Almaniyanın Köln şəhərində iyulun 31-də, yəni bazar günü çevirilişə cəhdə qarşı etiraz aksiyası keçirəcək. Çevirilişə Cəhdə Qarşı Demokratiya Platformasının reallaşdıracağı etiraz nümayişinə təxminən 100 təşkilat dəstək verib.

Köln və Ətrafı Atatürkçü Düşüncə Dərnəyinin (ADD Köln) rəhbəri Ahmed Narincə deyib ki, söhbət Türkiyənin demokratiyası, bütövlüyündən gedirsə, istər terror təşkilatları, istər erməni yalanları, istərsə də xainlərin 15 İyulda reallaşdırdığı çeviriliş cəhdi olsun biz hamısının qarşısında əzm və qətiyyətlə durur və duracağıq.



Әlaqәli Xәbәrlәr