Yaponiyaya qaçan FETÖ-çü geri qaytarılacaq

Yaponiyanın Türkiyədəki səfirlik nümayəndələri bildirib

539695
Yaponiyaya qaçan FETÖ-çü geri qaytarılacaq

  Yaponiya Fətullahçı Terror Təşkilatının (FETÖ) istintaqı səbəbindən bu ölkəyə qaçan, Türkiyənin Tatarıstandakı Baş konsulluğunda çalışan vəzifə sahibi ilə bağlı Yaponiyanın Türkiyədəki səfirlik nümayəndələri bildirib: "Türkiyənin Kazandakı Baş Konsulluğundakı bir Türkiyə vətəndaşının Yaponiyaya keçdiyi və Yaponiyanın bu barədə məlumatı olduğunu təsdiqləyirik. Yaponiya hökuməti bu məsələni ən uyğun şəkildə, daxili hüquq çərçivəsində nəzərdən keçirir."

  Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Gölbaşı Xüsusi Təyinatlı Polis Bölməsinə baş çəkdikdən sonra mətbuat mənsublarına Türkiyənin Kazandakı Baş konsulluğunda çalışan bir vəzifəlinin FETÖ-nün istintaqından Yaponiyaya qaçdığını söyləmişdi.



Әlaqәli Xәbәrlәr