Hillari Klinton Demokratlar partiyasının namizǝdi elan edilib

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun  namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb.

538578
Hillari Klinton Demokratlar  partiyasının namizǝdi elan edilib

Beləliklə Hillari Clinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub. 

Demokratlar partiyasının Filadelfiyada keçirdiyi qurultayında baş tutan  səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.  

Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun  səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.  

Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun  iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. 

 



Әlaqәli Xәbәrlәr