Kanadada yaşayan müsǝlmanlar çevrilişǝ cǝhdi lǝnǝtlǝyiblǝr

Kanadanın Montreal və Calgary şəhərlərində yaşayan Türklər  Fetullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-dә hәyata keçirdiyi uğursuz çevriliş cәhdinә öz etirazlarını bildiriblәr.

536932
Kanadada yaşayan müsǝlmanlar çevrilişǝ cǝhdi lǝnǝtlǝyiblǝr

Kanadanın Montreal və Calgary şəhərlərində yaşayan Türklər  Fətullahçı Terror Təşkilatı (FETÖ)-nün  iyulun 15-dә hәyata keçirdiyi uğursuz çevriliş cәhdinә öz etirazlarını bildiriblәr.

Yürüşün tәşkilatçısı Kanada-Türk Platformasının sәdri  Mәsud Koçak  Türkiyәdә demokratiyaya qarşı edilmiş  çevriliş cәhdini lәnәtlәdiklәrini  vә  Türkiyә dövlәtinin yanında olduqlarını  göstәrmәk üçün aksiya keçirdiklәrini  bildirib.

Yürüşdә iştirak edәn Türkiyәnin Beynәlxalq  Mülki Aviasiya Tәşkilatının  daimi  nümayәndәsi  sәfir Әli Rza  Çolak  bildirib ki: ‘‘ Bu xainliyi edәnlәr  vә dәstәk verәnlәr  mәlumdur. Bunlara imkan vermәyәcәyik’’

Aksiya zamanı çevriliş cәhdi nәticәsindә şәhid olan vәtәndaşların  ruhuna  dua oxunub

Daha  sonra yürüşә keçәn  yüzlәrlә adam şüarlar sәslәndirәrәk  xain çevriliş cәhdini pislәyib.

 Kanadanın Alberta әyalәtinә bağlı Cargary  şәhәrindә dә  ‘’Milli İradә  vә Demokratiya’’ yürüşü keçirilib.

Qeyd edәk ki, aksiyada çox sayda Türk  iştirak edib.

Calgary Bәlәdiyyә binasının qarşıında toplanan yüzlәrlә Türk  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın yanında olduqlarını deyiblәr.  Aksiyaya Kanadalılar da dәstәk verib.



Әlaqәli Xәbәrlәr