Çilidə 6,2 bal gücündə zəlzələ oldu

Latın Amerikası ölkələrindən biri olan Çilidə 6,2 bal gücündə zəlzələ oldu.

537466
Çilidə 6,2 bal gücündə zəlzələ oldu

 
 ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) tərəfindən verilən məlumatda zəlzələnin mərkəzinin Çilinin şimalında yerləşən Dieqo de Almagro şəhərinin 66 kilometr şimal-qərbində qeyd edildiyi bildirilir.

İtki yoxdur.
 
 Yerin 68 kilometr altında baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
 
 Ölkədə 2010-ci ildə baş verən 8,8 bal gücündəki zəlzələdə 500-dən çox insan həyatını itirmiş və 220 min ev dağılmışdı.

Çilidə 1960-cı ildə olan 9,5 bal gücündəki zəlzələdə isə 5 mindən çox adam həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr