ABŞ-da etirazlar: “Böyük Türkiyə, böyük güc, hədəf 2023”

ABŞ-da Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəetmə Təşkilatı  FETÖ/PDY-nin 15 İyulda çeviriliş cəhdinə qarşı etirazlar davam edir.

537069
ABŞ-da etirazlar: “Böyük Türkiyə, böyük güc, hədəf 2023”

ABŞ-da Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəetmə Təşkilatı  FETÖ/PDY-nin 15 İyulda çeviriliş cəhdinə qarşı etirazlar davam edir. Bu dəfə ABŞ-da yaşayan türklər Fətullah Gülənin Pensilvanyadakı iqamətgahı qarşısına toplaşıb. Etiraz nümayişləri fasiləsiz davam edir. Boston şəhərində də əllərində Türkiyə bayraqları küçələrə axın edən yüzlərlə insan çevirilişə cəhdə etirazlarını bildiriblər.

“Türkiyənin yanındayıq”, “Obama Güləni deportasiya et” kimi şüarların yazıldlğı plakatları nümayiş etdirən etirazçılar “Xəyanətkarlar millətə hesab verəcək”, “Ya istiqlal ya ölüm”, “Böyük Türkiyə, böyük güc, hədəf 2023” deyə birgə səsləniblər.

Etiraz aksiyalarında hadisə zamanı şəhid olanlar anılıb, dualar edilib, İstiqlal Marşı oxunub.

Aksiyada iştirak edən Türkiyənin Bostondakı baş konsulu Ömür Budak deyib ki, şəhərdə indiyədək görülməyən izdihamı Türklər göstərdi. Konsul əlavə edib ki, nümayişdə Somali, Livya və digər müsəlman ölkələrdən də iştirak edənlər var.



Әlaqәli Xәbәrlәr