Türkiyә Kabildә törәdilәn terror hücumunu qınayıb

Əfqanıstanın paytaxtı Kabildə  hәyata keçirilәn  etiraz yürüşü zamanı  baş verən partlayışda azı 70 nәfәr hәyatını itirib , 250-dәn çox adam da yaralanıb.

536067

Hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.

 Yaralıların Kabildәki xәstәxanalara yerlәşdirildiklәri bildirilib.

  Digər tərəfdən, Türkiyə, Əfqanıstanın paytaxtı Kabildə  törәdilәn  terror aktını qınayıb.

 Xarici İşlər Nazirliyindәn verilәn  açıqlamada: ‘‘Törәdilәn  xain terror hücumunu qınayır hәyatını itirәnlәrә Allahdan rәhmәt, yaralananlara tәcili şәfa dilәyirik’’ deeyilib.

Açıqlamada hәmçinin  Әfqanıstan hökumәtinә  terrorla mübarizә mәsәlәsindә  verilәn dәstәk bir daha vurğulanıb.

Әlaqәli Xәbәrlәr