“Əgər belə bir çevriliş cəhdi Amerikada olsaydı…” B.Obama
ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qaytarmasıyla bağlı

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qaytarmasıyla bağlı özünün qərarverici olmadığını bildirərək prosesin əlaqədar razılaşma və qanunlara uyğun şəkildə gedəcəyini söyləyib.
Barak Obama Ağ Evdə mətbuat konfransında FETÖ-nün 15 iyulda Türkiyədəki çevriliş cəhdi və başçı Fətillah Gülənin geri qaytarılması məsələsiylə bağlı açıqlamalar verib. Obama bu prosesin hüquqa uyğun şəkildə yürüdüləcəyini, Gülənin çevriliş təşəbbüsüylə bağlı bütün ittihamların ciddi şəkildə yoxlanılacağını bildirib.
Çevriliş cəhdi xəbərini eşitsələr də, ilk gündən Türkiyədə demokratik yollarla seçilmiş rəhbərliyə dəstək olduqlarını vurğulayan ABŞ prezidenti Türkiyə xalqının siyasi baxış ayrı-seçkiliyi etmədən çevrilişə qarşı qərarlı duruş sərgilədiyini də dilə gətirib, “Əgər Türkiyədəki kimi bir çevriliş cəhdi Birləşmiş Ştatlarda olsaydı, Amerika xalqı da haqlı olaraq böyük bir qorxu yaşayardı. Bu baxımdan Türkiyənin yaşadıqlarını anlayıram”, - deyib.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.