Dünya Türkiyədə Fetullahçı Terror Təşkilatının çeviriliş cəhdinə qarşı çıxır

Birləşmiş Millətlər Təşkilatı Türkiyənin çətin anlarında onun yayındadır

532301
Dünya Türkiyədə Fetullahçı Terror Təşkilatının çeviriliş cəhdinə qarşı çıxır

   Bunu BMT Baş katibinin sözçüsü Farhan Haq deyib və əlavə edib ki, "Çevirilişə cəhdin müvəffəqiyyətsizliyi gözlənilən idi".

  Baş nazir Binəli Yıldırımın qanunun aliliyinə dair şərhindən xəbərdar olduqlarını bildirən BMT rəsmisi Türkiyə hökumətinin doğru addım atdığını vurğulayıb. Farhan Haq Türkiyədə demokratiya və konstitusiya prinsiplərinin qorunmasının əhəmiyyətinə də toxunub.

  Türkiyədə hərbi çeviriliş cəhdini Avropa İttifaqı Şurası da kəskin pisləyib. Qurumun Xarici Əlaqələr Şurasının Belçikanın paytaxtı Brüsseldəki toplantısından sonra birgə məlumatında qeyd olunur ki, "Avropa İttifaqı Türkiyədə çevirilişə cəhdi qətiyyətlə pisləyir və ölkənin qanuni təşkilatlarına tam dəstəyini göstərir".

  Avropa İttifaqının Türkiyə xalqına həmrəyliyinin ifadə olunduğu məlumatda hadisə zamanı həyatını itirənlər üçün dərin kədər duyulduğu yer alır.

  Avropa ölkələri Türkiyədəki siyasi partiyaların demokratiyanı birgə dəstəklədiklərindən məmnuniyyətlərini də qeyd ediblər.



Әlaqәli Xәbәrlәr