Kuveytli alimlǝr  xain çevriliş cǝhdini pislǝyiblǝr

Fetullahci Terror Təşkilatının 15 iyuldakı  hǝrbi  çevriliş  cǝhdinin uğursuzluqla nǝticǝlǝnmǝsindǝ  ǝsas ünsür Türkiyǝ  xalqının hökumət ilǝ sǝrgilǝdiyi hǝmrǝylik olub. Bunu Küveytli  alimlər  deyib.

531859
Kuveytli alimlǝr  xain çevriliş cǝhdini pislǝyiblǝr

Çevriliş  cǝhdi ilǝ  bağlı  Anadolu Agentliyinə münasibǝt bildirǝn  Kuveytli alimlər, Türk xalqının çevrilişǝ  qarşı sǝrgilǝdiyi  müqavimǝti yüksǝk qiymǝtlǝndiriblǝr.

Küveyt Universiteti Siyasət Elmi Müəllimlǝrindǝn  Professor Şefik əl-Qabra: “çevriliş  cǝhdi, xainlǝrin təşkilatlanmalarına baxmayaraq, Türk xalqının, hökumətǝ və prezident Rəcəb Tayyib Ərdoğana  dǝstǝyi sayǝsindǝ  uğursuzluqla  nǝticǝlǝnib”. 

Universitetin bir digǝr Müəllimi Professor Abdullah əş-Şayci də  bildirib ki,  Türk xalqı, ölkəsini qorumaq və ölkǝ   ǝleyhindǝ   atılan heç bir  addımı   qǝbul  etmǝtmiyǝcǝyini  göz  önünǝ sǝrmǝk üçün Türk bayraqları ilǝ meydanlara   axışıb. 

Küveyt Universitetinin Ticarət və Əmək hüququ Müəllimi  Professor Əbdülkərim əl-Kindi də: “Əsgərlər bəzi yerlərǝ  nəzarəti  ǝlǝ keçirǝ vǝ  tanklarla yolları  bağlaya bilǝrlǝr,  lakin xalqların taleyi ancaq seçkilǝrlǝ  müəyyən edilǝr”  deyǝ  vurğulayıb. 



Әlaqәli Xәbәrlәr