Nitsada keçirilən bayram şənliyi qanlı terror aktına səhnə oldu:ən az 84 nəfər həlak olub

Fransanın cənubunda yerləşən Nitsa şəhərində 14 iyul milli gün bayramı tədbiri dəhşətli terror aktına səhnə oldu.

529952
Nitsada keçirilən bayram şənliyi qanlı terror aktına səhnə oldu:ən az 84 nəfər həlak olub
nice fransa
Fransa'da terör saldırısı9.jpg
nice fransa
Fransa'da terör saldırısı9.jpg

 Fransanın cənubunda yerləşən Nitsa şəhərində 14 iyul milli gün bayramı tədbiri dəhşətli terror aktına səhnə oldu.

Tədbirin keçirildiyi yerdə yük maşınının kütləyə çırpılması və sürücünün kütlənin üzərinə atəş etməsi nəticəsində ilk məlumatlara görə 84 nəfər həyatını itirib. Ölüm hallarının önəmli bir hissəsi 15 metrlik yük maşınının 90 km sürətlə 2 kilometr boyunca irəliləməsi nəticəsində onlarla insanın üzərindən keçməsi nəticəsində olub. Hadisə nəticəsində 47-si ağır olmaqla 100-ə yaxın insan da yaralanıb.

Nitsa şəhərinin keçmiş meri, bölgə rəhbəri Kristian Estrozi bildirib ki, yük avtomobilindən silah-sursat aşkar olunub.

Paris terrorla mübarizə prokurorluğunun hücumla bağlı istintaq başlatdığı qeyd olunub.

Nitsa şəhərində mətbuat terrorçunun adının Mohamed Lahouai Bouhlel olduğunu bildirib.

Terrorçunun şəxsiyyəti yük maşınında olan sənədlərdən aşkarlanıb. Nitsa şəhərində yaşayan 31 yaşındakı terrorçunun Tunis əsilli Fransa vətəndaşı olduğu və daha əvvəl xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilib.

Ancaq Fransız kəşfiyyatının hazırladığı və radikal dincilərdən ibarət 10 min nəfərə yaxın adamın adının yer tutduğu siyahıda Bouhlelin adının olmadığı qeyd edilib.

Fransa prezidenti Fransua Olland hadisədən sonra Avignondakı tətilini yarıda qoyaraq  paytaxt Parisə gəlib və baş nazir Manael Valls və kabinet üzvləri ilə yığıncaq keçirib.

Daha sonra xalqa müraciət edən Olland Fransanın bir daha qorxu ilə qarşı-qarşıya qaldığını bildirərək, bütün Fransanın terror təhdidi altında olduğunu söyləyib.

Hücumun Fransanın simvollarından sayılan bir gündə, azadlığın simvolu olan 14 iyulda həyata keçirildiyini vurğulayan Olland hücumu həyata keçirənin öldürüldüyünü qeyd edib. Fransa prezidenti bütün səlahiyyətli şəxslərin vəzifədə olduğunu, bölgədə bütün xəstəxanaların yaralı olanlara xidmət göstərdiyini, fövqəladə vəziyyət planının işə daxil olduğunu söyləyib.

Terrorla mübarizədə yeni bir dövrün başladığını vurğulayan Olland bildirib ki, lazım gələn hər şey yerinə yetirilərək təhlükəsizlik təmin ediləcəkdir.

Fransa Prezidənti Fransua Olland ölkədə xüsusi rejimin daha 3 ay uzaldıldığını da açıqlayıb.

Fransanın Baş naziri Manuel Valls da terror aktından sonra bugün ilk dəfə kameralar qarşısında çıxış edərək deyib ki, Fransa terrorla yaşamaq məcburiyyətində qalacaq, birlik olacağıq. Ölkədə üç gün matəm elan olundu, bunun də öhdəsindən gələcəyik. Terrora boyun əyməyəcəyik.

“14 iyulun ruhu Fransanın dəyərləri ətrafında cəmləşir” deyə vurğulayan Valls əsla təslim  olmayacaqlarını ifadə edib.



Әlaqәli Xәbәrlәr