ABŞ prezidenti Barak Obama Amerika xalqını birlik və bərabərliyə  çağırıb

Obama bildirib ki, vəziyyət artıq keçmişdəki qədər mənfi deyil, amma ortada bununla əlaqəli bir keçmiş var.

529689
ABŞ prezidenti Barak Obama Amerika xalqını birlik və bərabərliyə  çağırıb

Obama “ABC News” telekanalında Devid Muirin proqramında “Prezident və Xalq: Milli Mübahisə” başlıqlı xüsusi bölümdə ictimaiyyətin fərqli təbəqələrindən qara və ağdərililərin nümayənlərini dinləyib.

Ağdərili polislər tərəfindən öldürülən Alton Sterling və Fhilando Kastilenin ailələri ilə yanaşı Dallasda öldürülən polislərin ailələrinin də iştirak etdiyi proqramda danışan Obama deyib ki, ortada onlara qarşı bizim bir məsələmiz yoxdu, bu hamımızla əlaqəli bir məsələdir.

Onun özünün də uşaqlıq və gənclik illərində irqçi, qərəzli fikirlərlə qarşı-qarşıya qaldığını və ölkənin bu problemləri böyük nisbətdə həll etdiyini vurğulayan Obama bildirib ki, vəziyyət artıq keçmişdəki qədər mənfi deyil, amma ortada bununla əlaqəli bir keçmiş var.

Amerika xalqına birlik və bərabərlik çağırışı edən Obama “Bəzilərinin düşündüyü qədər bölünmədik” deyib.

Alton Sterling və Philando Kastile adlı iki qaradərilinin bir gün ara ilə ağdərili polislər tərəfindən öldürülməsi, daha sonra Dallasdakı polis zorakılığına qarşı etiraz aksiyaları zamanı bir qaradərili tərəfindən  5 polisin öldürülməsi ölkədəki irqçiliklə əlaqəli mübahisələrin artmasına gətirib çıxarmışdı.



Әlaqәli Xәbәrlәr