“ABŞ bu il 10 min suriyalı qaçqını qəbul edəcək”, C.Kerri

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama, bu il 10 min suriyalı qaçqın qəbul edəcəklərini açıqlamış, amma onun bu sözləri ölkədə, xüsusilə, Respublikaçılar tərəfindən kəskin tənqid olunmuşdu

528135
“ABŞ bu il 10 min suriyalı qaçqını qəbul edəcək”, C.Kerri

  Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri il sonuna qədər 10 min suriyalı qaçqını ölkəyə qəbul edəcəklərini söyləyib.

  Kerri ABŞ Dövlət Katibliyində keçən həftə edilən Ramazan Bayramı proqramında olub. Proqramda Vaşinqtondakı yerli və xarici diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və amerikalı siyasətçilər də iştirak edib.

  "Səlamun əleyküm" deyərək başladığı çıxışında Con Kerri təbrikdən sonra Suriyadakı vəziyyətə toxunub, hər ölkədəki suriyalı qaçqına yardıma davam edəcəklərini bildirib.

  ABŞ-ın bir neçə ay əvvəl qəbul etdiyi 10 min suriyalı qaçqını qəbuletmə qərarının reallaşacağını söyləyən Kerri təhsil, səhiyyə və qida ehtiyacları üçün yardım olaraq 439 milyon dollar bağışlanacağını da söyləyib, “Terrora qarşı ortaq hərəkət etməliyik” çağırışı edib.

  Xatırladaq ki, ABŞ prezidenti Barak Obama, bu il 10 min suriyalı qaçqın qəbul edəcəklərini açıqlamış, amma onun bu sözləri ölkədə, xüsusilə, Respublikaçılar tərəfindən kəskin tənqid olunmuşdu.

  Qeyd edək ki, ABŞ bu günə qədər cəmi 1000 nəfər suriyalı qaçqını qəbul edib.



Әlaqәli Xәbәrlәr