Tereza Mey Mühafizəkarlar Partiyasının lideri tәyin edilib

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildikdən sonra Tereza Mey bu posta yeganə namizəd kimi qalıb.

527397

Leadsom  paytaxt Londonda verdiyi açıqlamada  mübarizәdәn çəkildiyini söyləyərək Tereza Meyin ölkənin Avropa İttifaqından çıxmasını təmin edəcək ideal lider olduğunu bildirib.

Böyük Britaniyanın baş naziri David Kameron isә  iyulun 13-də istefa verəcəyini açıqlayıb.

Bu arada  Tereza  Mey  keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın güclü liderə ehtiyacı olduğunu qeyd edib.

Hakim Mühafizəkarlar Partiyanın liderini vә  ölkənin yeni baş nazirini müəyyən etmək üçün keçirilən səsvermədə  Daxili İşlər naziri Tereza Mey 329 deputatdan 199-nun sәsini qazanıb.

Xarakter və görünüşünə görә Marqaret Tetçerə bənzədilən Meyi İngilis mətbuatı "Yeni Dəmir Ledi" adlandırır.

Әlaqәli Xәbәrlәr