Quantanamoda tutulan mǝhkumlardan daha ikisi Serbiyaya aparılıb

Kubadakı hǝrbi dǝniz bazası Quantanamodakı türmǝ bağlanır.

527496
Quantanamoda tutulan mǝhkumlardan daha ikisi Serbiyaya aparılıb

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi: “ Kubadakı hərbi-dəniz bazası Quantanamoda həbsdə olan məhkumlardan daha ikisi Serbiyaya göndǝrildiyi üçün türmǝdǝ 76 cinayǝtkar qalıb. Muhammad Davlatov və Mansur Ahmad Saad al-Dayfi adlı iki məhbusun köçürülmǝsi işi Serbiya hökuməti ilə koordinasiya halında reallaşdırılıb. Serbiya hökümǝtinǝ ABŞ-ın Quantanamodakı türmǝnin bağlanmasına dair atdığı addımlara dǝstǝyi sǝbǝbindǝn minnətdarıq”.

2002-ci ildən bǝri hərbi həbsxana olaraq istifadə edilǝn Quantanamoda başda Əfqanıstan olmaqla müxtəlif ölkələrdə tutulan əl-Qaidə və Taliban mǝnsubları vǝ ya bu tǝşkilatlarla ǝlaqǝsi olduğundan şübhələnilən şəxslər saxlanır.

 

 



Әlaqәli Xәbәrlәr