Barak Obama Texasın Dallas şəhərinə gedir

ABŞ prezidenti Barak Obama Dallasda cümə axşamı snayperdən açılan atəş nəticəsində həyatını itirən 5 polis əməkdaşının anım mərasimində iştirak edəcək.

527442
Barak Obama Texasın Dallas şəhərinə gedir

ABŞ prezidenti Barak Obama Dallasda cümə axşamı snayperdən açılan atəş nəticəsində həyatını itirən 5 polis əməkdaşının anım mərasimində iştirak edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Corş Ernest ənənəvi keçirilən konfransda məlumat verib. Onun sözlərinə görə Obama Dallas Bələdiyyəsinin dəvəti ilə bu gün Texas ştatına gedəcək. Barak Obamaya birgə onun həyat yoldaşı Mişel Obama, ABŞ-ın vitse-prezidenti Co Bayden və Konqresdəkn bəzi liderlərin də anım mərasimində iştirakı nəzərdə tutulur.

Mərasimdə Barak Obamanın çıxış edəcəyi gözlənilir.

Bundan başqa səfər proqramında Dallas şəhərində yaşamış ABŞ-ın sabiq prezidenti ata Corc Buşun da anım tədbirində iştirak da var.



Әlaqәli Xәbәrlәr