NATO Sammitinin ilk gün müzakirələri

NATO Şərqi Avropada hərbi varlığını artırmaq yolundadır

525861
NATO Sammitinin ilk gün müzakirələri

   Polşanın paytaxtı Varşavada soyuq müharibə dövrü sona çatdıqdan sonra keçirilən ən böyük tədbir iyulun 8-ində başlayan NATO Dövlət və Hökumət Başçıları Sammiti olub.

  NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən və BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər.

  NATO-nun Baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda dövlət və hökumət başçılarını salamlayıb. Liderlər birgə foto çəkdirdikdən sonra NATO-nun Sammiti işə başlayıb. Əvvəlcə dövlət və hökumət başçıları NATO əməliyyatlarında həlak olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

  Sammitin ilk günündə qərarları Baş katib Yens Stoltenberq açıqlayıb. NATO-nun Şərqi Avropada hərbi varlığını artırması istiqamətində Stoltenberq Latviya, Litva, Estoniya və Polşaya 1-4 min arası əsgərdən ibarət çoxmillətli hərbi birliklər göndəriləcəyini söyləyib.

  Digər qərarlardan biri NATO-nun mərmi müdafiə sistemini yeni mərhələyə keçirməklə bağlı olub. Sistem Türkiyə, Rumıniya və İspaniyadakı hərbi bölüm və döyüş gəmilərinin əlaqəli çalışmasının təşkilindən ibarətdir. Raket Mərmi Müdafiə Sisteminin əmri isə Amerika Birləşmiş Ştatlarından NATO-ya keçib.

  Danışılan digər mövzu Rumıniya ilə Bolqarıstanın Qaradənizdə NATO varlığının artırılmasına cəhdləri olub.

  Sammitdə ilk dəfə olaraq NATO-ya üzv ölkələrin kiber təhlükəsizlik tədbirlərini artırmaq və məlumatları paylaşmaq mövzuları müzakirə edilib.

  NATO-nun Baş katibi Stoltenberq çıxışında Rusiya ilə bağlı deyib: “Rusiyaya və ya hər hansı NATO ölkəsinə hücum bütün üzvlərə edilmiş hücum sayılır. Rusiya ilə dialoq heç bir zaman qoparılmayacaq. Rusiya böyük bir gücdür. Kimsə Rusiyanı təcrid edə bilməz və etməməlidir".

  Fransa prezidenti Fransua Olland da: “Rusiya ilə bir düşmən deyil, ortaq kimi görülmək lazımdır”, - deyib.  

  Zirvə Toplantısı zamanı liderlər NATO təyyarələrinin hazırladığı hava nümayişini də izləyiblər. Nümayişdə Türkiyənin təyyarələri də uçub.

  Qeyd edək ki, Varşava Sammitində hava sahəsinin qorunmasında Konyadan havalanan təyyarələr də var.

  Sammit Əfqanıstan və Ukrayna liderləri ilə görüşlər və terrorizmə qarşı görəcəkləri tədbirlərin müzakirəsilə sona çatacaq.



Әlaqәli Xәbәrlәr