İngiltərə yeni Baş nazirini seçir

Ya Daxili İşlər naziri Tereza Mey, ya da Enerji naziri Andrea Lidsom İngiltərənin yeni baş naziri olacaq

525666
İngiltərə yeni Baş nazirini seçir

  İqtidardakı Mühafizəkar Partiyası yeni sədrini və Baş naziri seçmək üçün ilkin səsvermə keçirib, iki qadın namizəd finala qalıb.

  İkisindən biri – ya Daxili İşlər naziri Tereza Mey, ya da Enerji naziri Andrea Lidsom İngiltərənin yeni baş naziri olacaq.

  İqtidardakı Mühafizəkar Partiya millət vəkilləri arasında keçirilən səsvermədə önə çıxan iki nəfərdən birinin baş nazir seçilməsi üçün 9 sentyabrda seçkilərə gedəcək.

  Xatrladaq ki, 9 sentyabrda 150 min partiya üzvünün seçimilə təyin olunacaq yeni baş nazir Marqaret Tetçerdən sonra İngiltərənin ikinci qadın baş naziri olacaq.

  Qeyd edək ki, Baş nazir Devid Kemeron Avropa İttifaqından ayrılma qərarı çıxan referendumdan sonra istefa edəcəyini açıqlamışdı. Daxili İşlər naziri Tereza Mey isə Avropa İttifaqında qalmaq, Lidsom isə ayrılmaq tərəfdarıydı.



Әlaqәli Xәbәrlәr