“Amerikalılar qəzəb və kədər içindədir”, B.Obama
ABŞ prezidenti Barak Obama "Facebook" hesabında Luiziana və Minnesota ştatlarında polisin qətlə yetirdiyi iki qaradəriliyə görə əksər amerikalının qəzəb və kədər içində olduğunu bildirib
525377

Təhlükəsizlik orqanlarının hadisələrlə bağlı apardığı istintaqın ədalətli bitəcəyinə inandığını qeyd edən Obama şərhində bu cür faciələrin əvvəllər də baş verdiyini xatırladıb.
Polis şiddətinin ciddi problemə çevirildiyini vurğulayan Amerika prezidenti bunu təhlükəsizlik orqanları ilə xalq arasında yetərincə qarşılıqlı etibarın olmamasıyla əlaqələndirib.
Obama bu problemləri dilə gətirməklə yanaşı həyatlarını təhlükəyə atan yaxşı polis məmurlarının da az olmadığını və onlara hörmət duyduğunu bildirib.