ABŞ Şimali Koreya liderlərini qara siyahıya salır

Amerika Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edir

524883
ABŞ Şimali Koreya liderlərini qara siyahıya salır

  Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

  Məlumata görə, "Sanksiyalar çoxsaylı insan haqlarının pozulduğuna görə tətbiq edilib. Şimali Koreya lideri Kim Çen İn daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər və 5 şirkət qara siyahıya alınıb". 

  Ağ evdən bildirilir ki, "Sanksiyada yer alanların siyahısı artırılacaq. Buraya həmçinin Şimali Koreyanın Təhlükəsizlik və Cəmiyyət nazirləri də daxildir".

  Xatıqladaq ki, ötən aylar ABŞ Şimali Koreya hökumətinin qeyri-qanuni silahlanma və nüvə cəhdlərini dəstəkləyən 14 nəfər və 8 şirkətə dair sanksiya tətbiq etmişdi. Onlar arasında Şimali Koreyanın Myanma və Misir səfirləri də var idi. Bundan başqa, ABŞ vətəndaşlarına Şimali Koreyaya yeni investisiyalar yatırmaq, bu ölkəyə mal və texnologiyaların ixracı qadağan edilmişdi. 



Әlaqәli Xәbәrlәr