ABŞ polisi yenə bir zənci - 5 uşaqlı ata öldürdü

Luiziana əyalətinin paytaxtı Baton Ruj şəhərində ağ dərili bir polis mağazanın qarşısında disk (CD) satan zənciyə atəş açaraq onu öldürüb

525155
ABŞ polisi yenə bir zənci - 5 uşaqlı ata öldürdü

  Beş uşaq atası Alton Sterlinq sinəsindən və kürəyindən aldığı güllə yaralarından həyatını itirib.

  Hadisəylə bağlı görüntü ortaya çıxdıqdan sonra Baton Rujda etiraz nümayişləri təşkil edilib. Nümayişlərə yüzlərlə adam qatılıb.

  Ölkədə yenidən polis şiddətinə istiqamətli etirazlara gətirib çıxaran hadisəylə bağlı “Twitter” üzərindən "#AltonSterling" etiketinə girənlərin sayı qısa müddətdə ən yüksək həddə çıxıb.

  Ədliyyə Nazirliyi hadisəylə əlaqədar istintaqa başlayıb.

  Luiziana valisi Con Bel Edvards istintaqda Federal Təhqiqat Bürosu FBI və əyalət polisinin də iştirak edəcəyini bildirib.

  Hadisəni kəskin qınayan Demokrat Partiyasının sədri, ABŞ prezidentliyinə namizəd Hillari Klinton yazılı şərh verib: “Hadisə çox dəhşətlidir. Alton Sterlinqin ölümü faciədir. Dualarım onun ailəsi və beş uşağı üçündür. Staten adasından Baltimora, Ferqusondan Baton Ruja qədər Afrika-Amerika ailələri sevdiklərinin polis tərəfindən öldürülməsinə qarşı yas tutur… İnsanların dərilərinin rənginə görə qiymət verilməsi kökündən səhv anlayışdır.”

  Amerikanın “Washington Post” qəzetinin verdiyi məlumata görə, Baton Rujda olan bu ölüm hadisəsiylə birlikdə 2016-ci il içində polis tərəfindən vurularaq öldürülən adamların sayı 505-ə çatıb.



Әlaqәli Xәbәrlәr