Tanzaniyada dəhşətli yol qəzası baş verib

Ölkənin mərkəzi bölgəsində qarşı-qarşıya gələn iki sərnişin avtobusu toqquşub.

524391
Tanzaniyada dəhşətli yol qəzası baş verib

Hadisə nəticəsində 30 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusların hər birində 60 nəfərin olduğu bildirilir. Xəsarət alanların bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayı arta bilər.

Qəzanın başvermə səbəbləri bəlli deyil. Polis faktla bağlı araşdırma aparır.



Әlaqәli Xәbәrlәr