Avropa Komissiyasının sədri: “Dünənki Brexit qəhrəmanları bu gün kədərlidir”

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Böyük Briyaniyanın Avropa İttifaqından ayrılmasını dəstəkləyən siyasətçiləri qınayıb.

524461
Avropa Komissiyasının sədri: “Dünənki Brexit qəhrəmanları bu gün kədərlidir”

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Böyük Briyaniyanın Avropa İttifaqından ayrılmasını dəstəkləyən siyasətçiləri qınayıb. O deyib ki, həqiqi vətənpərvərlər işlər çətinləşdiyində gəmini tərk etməz.

Jan-Klod Yunker ingilitərəli siyasətçilər Boris Jonson və Naycl Faracı nəzərdə tutaraq vurğulayıb ki, dünənki Brexit qəhrəmanları bu gün kədərlidir.

Xalq səsverməsindən sonra Boris Jonson baş nazirliyə namizəd olmayacağını, Naycl Farac isə partiya liderliyindən istefa verdiyini açıqlamışdı.

Digər tərəfdən ölkənin baş naziri Devid Kameronun istefa qərarından sonra Mühafizəkar Partiyasında liderlik uğrunda mübarizə sürətləndi. Partiya liderliyi və baş nazir postuna namizədlik uğrunda mübarizəni isə ölkənin Daxili İşlər naziri Tereza Mey qazandı. Millət vəkilləri arasında aparılan səsvermədə ən şanslı namizəd kimi  Mey 165, Andrea Ledsom isə 66 səs qazanıb. Partiya üzvləri ən çox millət vəkilinin dəstəyini alan iki namizəd arasında seçim edəcək və qazanan  sentyabrın 9-da müəyyən olacaq.



Әlaqәli Xәbәrlәr