Fransa Parlamenti yeni dəyişiklik etmək niyyətindədir

Fransa Parlamenti müharibə törədən və insan haqlarını tapdalayanların günahlarını inkar edəcəyi təqdirdə cəzalandırılmasını istəyib.

522975
Fransa Parlamenti yeni dəyişiklik etmək niyyətindədir

Fransa Parlamenti müharibə törədən və insan haqlarını tapdalayanların günahlarını inkar edəcəyi təqdirdə cəzalandırılmasını istəyib.

Parlamentin ümumi yığıncağında “bərabərlik və vətəndaşlıq” qanununda dəyişikliklə bağlı müzakirədə səsvermə olub.  Səsvermədə “müharibə, soyqırım törədənlər və insan haqlarını tapdalayanların günahlarının inkarını və əməllərini sıradan sayanların  cəzalandırılması”na dair qərar qəbul edilib.

Hökumətin təqdim etdiyi dəyişiklik təklifində belə əməl sahiblərinin bir ilədək həbsi və 45 min avroyadək təzminat ödəməsiylə cəzalandırılması yer alır.

Qanun layihəsində edilən dəyişiklik Parlamentdə, daha sonra isə Senatda səsvermədən sonra təsdiqlənə bilər. Dəyişiklikdə 1915-ci il hadisələriylə əlaqədar ermənilərin uydurma iddialarına istinad yoxdur. Çünki, Fransa Konstitusiya Məhkəməsi erməni iddialarının inkarının cəzalandırılması ilə əlaqədar qanununu “ifadə azadlığına zidd” olamasını əsas gətirərək ləğv etmişdi.



Әlaqәli Xәbәrlәr