Almaniyada terror təhlükəsi

Almaniyanın daxili kəşfiyyat xidməti Federal Konstitusiyanı Qoruma Təşkilatının sədri Hans Georg Massen Atatürk Havalimanınada törədilən terror aktına bənzər hadisənin ölkəsində də reallaşa biləcəyinə dair xəbərdarlıq edib.

522982

Massen “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib ki, DEAŞ-ın öz bölgəsində hərbi sahədə vurduğu zərbələrin Avropadakı təhlükəsizlik vəziyyətinə yaxşı təsir göstərmir. Terror təşkilatının Avropada həyata keçirdiyi hücumlarda məqsədinin qorxutmaq olmasıyla yanaşı, həm də tərəfdarlarına varlığını sübut etməkdir.

Təşkilat sədri həmçinin son aylarda sığınacaq axtaranlara görə təhlükəsizlik güclərinin yeni simalarla qarşılaşacağını vurğulayıb.

DEAŞ-ın təlimatlandırdığı 17 nəfərin sığınacaq axtaran şəxslər sırasında gizləndiyinə dair məlumat aldıqlarını bildirən Massen əlavə edib ki, həmin şəxslərdən çoxu ya ölüb ya da həbsxanadadır. İkisi isə Fransanın paytaxtı Parisdə törədilən terror hadisəsi zamanı zərərsizləşdirilib.

Xatırladaq ki, Almaniyaya ötən il 1 milyondan çox miqrant axın etmişdi.

Әlaqәli Xәbәrlәr