Fələstinlilər Qədir gecəsini Əqsa məscidində dinc keçirdilər

Təxminən 400 min adam Əqsa məscidində Qədir gecəsini qarşılayıb

522520
Fələstinlilər Qədir gecəsini Əqsa məscidində dinc keçirdilər

  İsrailin məhdudiyyət və müdaxilələrinə baxmayaraq, yüz minlərlə müsəlman Qədir gecəsini Əqsa məscidində ibadət edərək keçirib.

  İsrail əsgərləri məscidin yerləşdiyi Köhnə Şəhər bölgəsində sıxlıq təşkil edib.

  Fələstinlilər və müxtəlif ölkələrdən gələn qonaqlar İsrailin Əqsa məscidinə Qədir gecəsini ibadət və dualarla keçirmək üçün gəlib.

  Əl-Əqsa Cəmiyyətinin verdiyi məlumata görə, “Təxminən 400 min adam Əqsa məscidində Qədir gecəsini qarşılayıb. Buna görə məscidin həyətində çoxluqdan böyük bir izdiham olub”.

  Namazdan sonra Fələstinin işğaldan qurtuluşu, İslam ölkələrindəki döyüşlərin sona çatması üçün əllər açılıb, dualar edilib.



Әlaqәli Xәbәrlәr