Dünya müsəlmanları Qədir gecəsini necə keçirdi?

Müsəlmanlar gecədən səhərədək Qurani-Kərimi oxuyub, İslam aləmi üçün dualar ediblər

522525
Dünya müsəlmanları Qədir gecəsini necə keçirdi?
kırgızistan'da kadir gecesi.jpg
isveç'te kadir gecesi.jpg
gazze'de kadir gecesi.jpg

  Milyonlarla müsəlman min aydan daha xeyirli sayılan Qədir gecəsini keçirmək üçün məscidlərə toplanıb.

  Mühasirə altındakı Qəzzanın Halidi məscidində qəzzalılar təravih namazı qılıb, dualar edib.

  Misirlilər təravih namazını qılmaq və dua etmək üçün paytaxt Qahirənin Əmir ibn Əs məscidinə gəlib.

  Qırğızıstanın paytaxtı Bişkekdə də müsəlmanlar Qədir gecəsində məscidlərə axışıb. Çox sayda uşaqların da olduğu və səmimi bir abu-havada keçən Qədir gecəsi sahura – sübh azanına qədər davam edib. Sonra qırğız vətəndaşları yeməklərin hazırlandığı və süfrələrin qurulduğu məscid həyətində sahur yeməyi yeyiblər.

  Qədir gecəsini təkcə Şərqdəki deyil, Qərbdəki müsəlmanlar da sevinclə keçiriblər. Avstriyanın paytaxtı Vyanada yaşayan türklər məscidlərdə bir araya gəlib.

  Mübarək Qədir gecəsi Balkan ölkələrində də qeyd edilib. Bosniya və Herseqovina, Makedoniya, Serbiya, Albaniya, Kosovo, Xorvatiya və Çernoqoriya məscidləri adamlarla dolub. Müsəlmanlar gecədən səhərədək Qurani-Kərimi oxuyub, İslam aləmi üçün dualar ediblər.



Әlaqәli Xәbәrlәr