“The Washington Post”: ABŞ-dan Rusiyaya birgə hərbi iş təklifi

“The Washington Post” qəzetinini yazdığına görə təklif şəxsən prezident Barak Obama tərəfindən imzalanıb.

521858
“The Washington Post”: ABŞ-dan Rusiyaya birgə hərbi iş təklifi

Amerika Birləşmiş Ştatlarının Rusiyaya Suriyadakı hərbi əlaqələrin genişləndirilməsinə dair yeni birgə iş təklifi etdiyinə dair məlumatlar yayılıb. “The Washington Post” qəzetinini yazdığına görə təklif şəxsən prezident Barak Obama tərəfindən imzalanıb.

ABŞ dövlət katibi Con Kerrinin də dəstəklədiyi sözügedən təklifə isə Pentaqon rəhbəri Eşton Karterin qarşı çıxdığı vurğulanır. Lakin ABŞ müdafiə nazirinin artıq imzalanmış təklifi qəbul etdiyi bildirilir.

Təklifdə “Cəbhə ən Nüsra” qruplaşmasının hədəflərinin koordinasiyasına dair texniki dəstək yer alır. Təklifə görə Rusiya buna qarşılıq olaraq Əsəd rejiminin ABŞ-ın terrorist kimi qəbul etmədiyi müxalif qüvvələrini vurumasına əngəl olacaq.

ABŞ qruplaşmanın yerlərini dəqiqliklə Rusiyaya bildirməyəcək, lakin Əsəd rejiminin hava hücumu etməməsi gərəkən coğrafi bölgələri açıqlayacaq.

Qəzetin yazdığına görə Əsəd rejiminin dinc əhalini hədəfə almasına maneə olmasıyla əlaqədar Rusiyanı birgə işə dəvət edən Obamanın bu dəfə Moskva üzərində necə təsirə malik olacağını da aydınlaşdıracaq.

Təklif qəbul edilərsə, lakin Rusiya və ya Əsəd rejimi verdiyi sözə əməl etməzsə, hansı sanksiyanın tətbiqi olunacağına dair məlumatın yoxluğu isə tənqid olunub.



Әlaqәli Xәbәrlәr