Tereza Mey - İngiltərənin “ikinci dəmir ledi”si

İngiltərə iqtidarındakı Mühafizəkar Partiya tərəfindən dəstəklənən Daxili İşlər naziri Teresa Mey baş nazir olmaq üçün namizədliyini açıqlayıb

522399
Tereza Mey - İngiltərənin “ikinci dəmir ledi”si

  Paytaxt Londonda mətbuat konfransı keçirən Mey deyib: “25 iyunda edilən referendum ölkənin güclü bir liderliyə ehtiyacı olduğunu və Birləşmiş Krallığı birləşdirmək vacibliyini ortaya qoyub… Brexit Brexitdir. Kampaniya icra olundu, referendum keçirildi və xalq qərarını verdi… İkinci bir referendum ehtimalı olmayacaq… 2020-ci ildən əvvəl ölkədə erkən seçkilər keçilməyəcək… Avropa İttifaqı içində qalma və ya yenidən girmə kimi planlar da yoxdur. İl sonuna qədər Aİ-dən ayrılmaq üçün müraciət etməyi düşünmürük”.

  Qeyd edək ki, 59 yaşlı Teresa Mey Mühafizəkar Partiyanın təcrübəli siyasətçilərindən biridir. 2010-cu ildən bu yana Daxili İşlər naziri vəzifəsini icra edən Mey 1997-ci ildə millət vəkili seçilib.

  Tereza Mey İngiltərənin Baş naziri olarsa, Marqaret Tetçerin “ölkənin tək qadın baş naziri” adını əlindən almış olacaq.

  İngilis mətbuatı intizamı və sərtliyiylə tanınan, 2013-cü ildə həyatını itirən Tetçerdən sonra gələn Tereza Meyi "yeni dəmir ledi" adlandırır.



Әlaqәli Xәbәrlәr